Əsas Səhifə > Güney Press > Xocavəndin Quzeyxırman kəndində 60 ədəd fərdi yaşayış evinin təmiri işlərinə 3.6 milyon sərf ediləcək

Xocavəndin Quzeyxırman kəndində 60 ədəd fərdi yaşayış evinin təmiri işlərinə 3.6 milyon sərf ediləcək


Bu gün, 08:25

Xocavənd rayonunun Quzeyxırman kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 10098 kv.m olan 60 ədəd fərdi yaşayış evinin təmiri işlərinə 3 675 894 AZN sərf ediləcək. Yəni 1 evin təmirinə 61 265 AZN nəzərdə tutulub.

Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Az-Caspian Construction” MMC həyata keçirəcək.

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında müqavilə bağlanıb.


Geri qayıt