Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif?
İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif?Bu gün, 10:17 |
Şəhər İcra hakimiyyətləri cəmiyyətin gündəlik həyatına bilavasitə təsir göstərən idarəetmə mexanizmidir. Burada rəhbərlik edən şəxslərin üzərinə düşən məsuliyyət şəhər və rayonların infrastrukturunun idarə olunması ilə məhdudlaşmır, eyni zamanda onlar insanların həyat keyfiyyətinə, sosial rifahına və şəhər mühitinin mədəni simasına cavabdehdirlər. Bu prosesin ayrılmaz tərkib hissəsi isə sakinlərlə səmərəli kommunikasiya qurmaqdır. İcra başçılarının bu məkanda iştirakı onların fəaliyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilir. Modern.az sosial şəbəkələrdə görünən icra başçılarını araşdırıb. Şəhər İcra hakimiyyətlərinin rəhbərləri Aktiv istifadəçilər - rayonların icra başçıları Seymur Orucov (Ağstafa) Nahid Bağırov (İsmayıllı) Nahid Bağırov İsmayıllının təbiəti, rayonda fəaliyyət göstərən hotellərdən tutmuş, zavodların fəaliyyətinə qədər bir çox sahələrə aid maraqlı paylaşımlar edir. Eyni zamanda, İsmayıllının kəndlərində sakinlərlə keçirdiyi görüşlər, rayon gənclərinin uğurlarını paylaşan icra başçısı Prezidentin səfərləri və görüşlərini də şəxsi profilində yayımlayır. Elxan İbrahimov şəxsi feysbuk profilində Kürdəmirlə bağlı maraqlı video-çarxlar paylaşaraq bu bölgədə keçirilən festivalları, həmçinin rayonda salınan parkları, Kür çayını və digər görməli yerləri, müxtəlif tədbirlər, rəsmi görüşləri də video formasında izləyicilərinə təqdim edir. Elmir Bağırov (Saatlı) Sakinlərlə görüşlər, rayonun şəhidlərinin xatirəsi ilə bağlı paylaşımlar onun səhifəsində üstünlük təşkil edir. Eyni zamanda, ölkədə baş verən ictimai-siyasi proseslərə də reaksiya verən icra başçısı sakinlərin şərhlərinə də münasibət bildirir. Orxan Abbasov (Daşkəsən) Rayonda keçirilən mədəni və idman tədbirlərdən ardıcıl paylaşımlar edən Daşkəsənin icra başçısı, həmçinin sosial layihələr və infrastruktur işləri ilə bağlı da təqdimatlar edir. Mirhəsən Seyidov (Neftçala) Neftçalanın icra başçısı həm feysbuk, həm də intaqram fəaldır. Paylaşımlarında rayonun sosial həyatına dair tədbirlərlə yanaşı, ölkənin siyasi-ictimai gündəminə də yer verir. Aktivliyi ilə seçilən icra başçısı rayonda keçirilən idman yarışları, eyni zamanda, milli futbol kulublarımızın uğurlarını da şəxsi hesabında paylaşır. Adil Əliyev (Suraxanı) Sosial şəbəkələrdə ən çox fərqlənən icra başçılarından biri Suraxanı rayonunun icra başçısı Adil Əliyevdir. O, sosial media hesablarında öz fəaliyyətindən mütəmadi paylaşımlar yayımlayır, Prezidentin görüşlərindən və iştirak etdiyi rəsmi tədbirlərdən təqdimatlar edir. Elvin Paşayev (Göygöl) Səhifəsində əsasən bayram və özəl günlərə aid posterlər yer alır. Rəsmi üslubda paylaşımlar etsə də, daha çox formal yanaşma müşahidə olunur. Elnur Rzayev (Xaçmaz) Sosial şəbəkədə səhifəsi olsa da, aktivlik baxımından zəifdir. Naim Cahidzadə (Sədərək) Profilində qeyri-rəsmi foto ilə diqqət çəkən başçı əsasən Prezidentin çıxışlarını izləyicilərlə bölüşür. Öz fəaliyyətinə aid məlumatlar isə çox azdır. Vaqif Həsənov (Ağdam) 2020-ci ildə bir müddətlik şəxsi feysbuk səhifəsində aktiv olan icra başçısı bu dövrdə Prezidentin çıxışlarından sitatlar paylaşıb, eyni zamanda xüsusi günlərdə ağdamlıların bayramını təbrik edib, aztəminatlı ailələrə yardım etdikləri ilə bağlı şəkillər paylaşıb. Müstəqim Məmmədov (Tərtər) Tərtərin icra başçısı əsasən rayonda görülən işlərlə bağlı paylaşımlar edir. Geri qayıt |