Əsas Səhifə > Güney Press > Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib

Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib


Bu gün, 10:35

Ermənistanın Baş nazirin Nikol Paşinyanın oğlu Aşot Paşinyan ekskursiya rəhbəri işləmək istəyir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, Ermənistan Milli Qalereyasının rəhbərliyinə müraciət edərək işə götürülməsini xahiş edib.

Məlumata görə, Aşot rəssamlıqla məşğul olur və iki il əvvəl ilk sərgisini təşkil edib.

Qeyd olunub ki, ordu sıralarında xidmətdən sonra Aşot Paşinyan təhsilini yarımçıq qoyub və bir müddət pivə satıcısı işləyib, daha sonra isə rəsm çəkməyə başlayıb. O, əsasən ailəsindən ayrı yaşayır və son vaxtlar Ararat vilayətindəki kəndlərdən birində məskunlaşıb.


Geri qayıt