Əsas Səhifə > Güney Press > “Putinin ittifaqı”na daha bir üzv qoşulur?

“Putinin ittifaqı”na daha bir üzv qoşulur?


Dünən, 12:05

Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 10-da Tacikistana səfər edəcəyi gözlənilir.

Modern.az-ın məlumatına görə, Putinin Düşənbə səfəri çərçivəsində həm MDB dövlət başçılarının sammiti, həm də “Rusiya–Mərkəzi Asiya” görüşü keçiriləcək.

Məlumata görə, səfər zamanı mühüm açıqlama gözlənilir. “Nezavisimaya qazeta” yazır ki, Tacikistan Prezidenti Emoməli Rəhmon həmin gün ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü elan edə bilər.

Avrasiya İqtisadi İttifaqı 2015-ci ildə yaradılıb. Onun əsas təşəbbüskarı Rusiya olub. “Putinin ittifaqı” kimi tanınan təşkilatın hazırkı üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistandır.


Geri qayıt