Əsas Səhifə > Güney Press > “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik”

“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik”


Bu gün, 17:04

“Biz hələ 2021-ci ildən Ermənistan hökumətinə Mehri dəhlizi ilə bağlı təkliflər vermişik. Orada yolun hansı şəkildə, haradan keçməsi əks olunurdu. Həmçinin üçüncü ölkələri əraziyə buraxmamaq təklif edilirdi”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri separatçıların nümayəndəsi Hayk Xanumyan NEWS.am saytına açıqlamasında deyib.
O bildirib ki, təklifləri yeni dəhlizin Kalininqrad variantını nəzərədə tutulmurdu. “Əksinə, paralel olaraq Qazax-İcevan, Vanadzor-Gümrü-Qars yolunun açılması yer alırdı. Əgər Qazax-Qars dəmir yolu ilə birləşərək, Naxçıvandan sonra Yerasx və mövcud dəmir yolları ilə Qarsa gedən yol açılacaq”.
Xanumyan deyib ki, onların təklifləri Paşinyan tərəfindən rədd edilib. “2021-ci ildə Qarabağ hələ də var idi. Nikol Paşinyana deyiləndə ki, o məsələni tez həll et ki, heç olmasa, müəyyən qədər Qarabağ qalsın. O, heç bir şəkildə o yoldan əl çəkməyəcəyini dedi”.


Geri qayıt