Əsas Səhifə > Güney Press > Ukraynanı üç hissəyə bölürlər

Ukraynanı üç hissəyə bölürlər


Bu gün, 11:13

Ukraynanın təhlükəsizliyinə təminat üzrə hazırkı danışıqlar nəticəsində onun ərazisi üç hissəyə - Rusiya zonasına, Hərbisizləşdirilmiş zonaya və Qərb zonasına bölünəcək.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

Xatırladaq ki, hazırda ABŞ və Avropa arasında Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq üçün qızğın müzakirələr gedir.

Orbanın sözlərinə görə, hazırda Avropada təhlükəsizlik təminatları ilə bağlı aparılan müzakirələr artıq “Rusiya zonası”nın mövcudluğunu tanıyır, indi yalnız onun ölçüsü və formatı müzakirə olunur.

Baş nazir əlavə edib ki, Demilitarizasiya (Hərbisizləşdirilmiş) zonası ilə bağlı məsələ hələ də açıqdır.

“Ukraynanın taleyi, deyəsən, həll olunub. Bu gün Avropa “zərif” şəkildə təhlükəsizlik zəmanətlərindən danışır, lakin bu təminatlar əslində, Ukraynanın bölünməsi deməkdir”,- Orban vurğulayıb.

Bundan əlavə, Orban bir daha Ukraynanın Avropa İttifaqına və NATO-ya daxil olmasına qarşı çıxıb, bunun Rusiya Federasiyası ilə müharibəyə gətirib çıxaracağını və Avropa iqtisadiyyatını məhv edəcəyini qeyd edib. Eyni zamanda, o, Rusiya ilə “strateji əməkdaşlıq və Ukraynanın Avroatlantik strukturlara qoşulmaqdan imtina etməsini” nəzərdə tutan saziş üçün çağırış edib.


Geri qayıt