Əsas Səhifə > Güney Press > Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişibBu gün, 10:33 |
Azərbaycanda fəaliyyət göstərən iri mühəndislik şirkəti “Encotec” QSC-nin səhmdar strukturunda dəyişikliklər qeydə alınıb. Banker.az xəbər verir ki, əsas səhmdar Emin Əliyevin payı 60%-dən 53%-ə, ikinci ən iri səhmdar Elxan Hüseynovun payı 30%-dən 27%-ə düşüb. İsmayıl Əlizadə isə mühəndis şirkətindəki payını 10%-dən 20%-ə yüksəlib və səhmdarlar arasında payını ən çox artıran tərəf olub. Beləliklə, Əlizadə E.Əliyevdən 140 pay, E.Hüseynovdan isə 60 pay almaqla ümumilikdə payını 200-ə qaldırıb. “Encotec” QSC 2024-cü ildə 10.3 milyon manat xalis mənfəət əldə etməklə, 2023-cü ildəki 5.1 milyon manatı iki dəfəyə yaxın üstələyir. Şirkətin gəlirləri 2023-cü ildə 24.4 milyon manat olduğu halda, 2024-cü ildə 38.9 milyon manata yüksəlib. Bu da illik müqayisədə 59.4 faiz artım deməkdir. Satışın maya dəyəri 21.8 milyon manat təşkil edib və nəticədə ümumi mənfəət 17.1 milyon manata çatıb ki, bu da ötən illə müqayisədə 89.6 faiz yüksəlişdir. Əməliyyat mənfəəti isə 13.1 milyon manat olub və əvvəlki illə müqayisədə təqribən 115 faiz artıb. Geri qayıt |