Əsas Səhifə > Güney Press > Rus politoloq sarsaqladı
Rus politoloq sarsaqladıBu gün, 15:33 |
Rusiyalı politoloq Yevgeni Mixaylov “Tsarqrad” kanalına verdiyi açıqlamada Azərbaycanı hədələməyə çalışıb. O bildirib ki, guya Bakı Rusiya ilə münasibətlərində səhvə yol verib və indi bunun əvəzini ödəyir. Üstəlik, “Rusiya vətəndaşlarını girov saxlamaq” kimi tamamilə əsassız iddia ortaya ataraq, “Moskvanın elə rıçaqları var ki, Azərbaycan rəhbərliyini mövqeyini dəyişməyə məcbur edə bilər” deyə sərsəmləyib. Musavat.com xəbər verir ki, Mixaylovun açıqlaması, əslində, Rusiyanın indiki zəif durumunun, söz gücü ilə özünü təsdiq etmək cəhdinin göstəricisidir. Reallıq isə başqadır: Azərbaycan bu gün müstəqil siyasəti, güclü iqtisadiyyatı və regionda həlledici rolu ilə heç bir imperiya hədəsinə boyun əymir. Keçdi o dövranMixaylovun ritorikasına ən gözəl cavab “Axırıncı Aşırım” filmindəki məşhur ifadə ilə verilir: “Vaxt var idi, qılıncınızın qəbzəsi də kəsirdi. Keçdi o dövran.” Bu gün artıq 90-cı illərin zəif Azərbaycanı yoxdur. 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərildi ki, bir generalının şəhadətinə görə ayağa qalxan xalqın iradəsini heç bir güc qıra bilməz. Azərbaycan ordusu Qarabağda tarixi ədaləti bərpa edərək regionun siyasi xəritəsini dəyişdi. Rusiyanın isə 3 ildir Ukrayna bataqlığından çıxa bilməməsi ortada ikən, Bakını hədələməsi yalnız istehza doğurur. Əslində, tarix Mixaylov kimi “politoloqlara” çoxdan dərs verib. Əgər Bakı nefti olmasaydı, Sovetlər Almaniya üzərində qələbə qazana bilməzdi. Yusif Məmmədəliyevin kimyəvi kəşfləri İkinci Dünya Müharibəsinin taleyini dəyişdi, Həzi Aslanovun taktiki dahiliyi cəbhələrdə dönüş yaratdı, Fərman Salmanovun Sibirdə nefti tapması isə Rusiyanın enerji nəhənginə çevrilməsinə yol açdı. Azərbaycan xalqı olmasaydı, “böyük Rusiya” adlanan dövlətin tarixi bu qədər güclü ola bilməzdi. Bu, faktlarla sübut olunmuş həqiqətdir. Mixaylovun “rıçaqlar” dediyi şeylərin, əslində, heç bir təsiri yoxdur. Rusiyanın “gücü” yalnız bazarlarda, ağır zəhmətlə çörək qazanmağa çalışan azərbaycanlı fəhlələrin üzərində işləyir. Bu, sadəcə acizlikdir. Əslində isə Azərbaycan hərbi, siyasi və iqtisadi gücü ilə artıq regionun oyun qurucusuna çevrilib. Bunu görməməzliyə vurmaq yalnız Rusiyadakı təbliğat maşınının ümidini qorumaq cəhdidir. Bir vaxtlar türklər sizə təmizlik, mədəniyyət, şəhərsalma öyrədirdi. İndi isə Azərbaycan sizə dövlətçilik dərsi verir. Mixaylovun hədələri yalnız Moskvadakı studiyalarda işləyir, amma reallıqda heç bir təsiri yoxdur. Azərbaycan müstəqil siyasəti, xalqının gücü və beynəlxalq mövqeyi ilə sübut edib ki, heç bir təhdid onu yolundan döndərə bilməz. Musavat.com Geri qayıt |