Əsas Səhifə > Güney Press / Ana xəbər > Agentlik peyin almaq üçün tender keçirib

Agentlik peyin almaq üçün tender keçirib


Bu gün, 16:09

Sosial Xidmətlər Agentliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumu çiçəkçilik və ağacəkmə məhsullarının satınalınmasını həyata keçirəcək.

Bu məqsədlə “EKO FERMA AZƏRBAYCAN” MMC ilə razılaşıb. Tərəflər 41 min 447 manatlıq müqavilə bağlayıblar.

Qeyd edək ki, Agentlik bu pula 1.4 ton sönmüş əhəng, 1060 ədəd dekorativ kol, 1.2 ton gübrə, 215 ədəd qarışıq meyvə ağacı, 472 kq toxum, 66 kub metr peyin, 300 ədəd şam ağacı, 20 ədəd qızıl gül kolu və 4 ədəd Vaşinqton palması alacaq.

Qeyd edək ki, “EKO FERMA AZƏRBAYCAN” MMC son bir ildə 8 tenderə qatılıb. Qəribə hal odur ki, şirkət yalnız Sumqayıt və Qubadlı İcra Hakimiyyətlərinin tenderinin qalibi olub.

Xatırladaq ki, “Eko Ferma Azərbaycan” MMC 2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur. O, əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib.


Geri qayıt