Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizindən danışıb.
APA xəbər verir ki, Ter-Petrosyan “ilur.am”a açıqlamasında “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı”ndan istifadəni təklif edib.
Levon Ter-Petrosyan hesab edir ki, “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsini işlətmək daha düzgün olar.
Onun sözlərinə görə, Ermənistan bu marşrurutun təhlükəsizliyinə tam təminat verə bilər.
“Bu məsələdə Ermənistan istər-istəməz öz strateji tərəfdaşları - Rusiya, ABŞ və İran arasında aşkar fikir ayrılıqlarına baxmayaraq, onların fəal əməkdaşlığını gözləyir”, - Ter-Petrosyan qeyd edib.