Əsas Səhifə > Güney Press > Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq

Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq


Bu gün, 15:05

Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən bloger Qabil Məmmədov barəsində çıxarılan hökmlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Maraqlıdır, Əgər şəxs xarici ölkədədirsə, Azərbaycan məhkəmələrinin qərarı həmin ölkədə tanına və icra oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əgər Qabil Məmmədov Azərbaycan vətəndaşıdırsa, hökmün icrası yalnız bizim ölkədə həyata keçirilə bilər:

“Qabil Məmmədovla bağlı çıxarılan hökmün icrası üçün o, mütləq Azərbaycana gətirilməlidir. Yox əgər Qabil Məmmədov eyni zamanda Almaniya vətəndaşlığını əldə edibsə, bu halda hökm Almaniyada da tanına və icra oluna bilər. Amma Almaniya vətəndaşlığını almayıbsa, hökmün icrası yalnız Azərbaycanda mümkündür”.


Geri qayıt