Əsas Səhifə > Güney Press > Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb

Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb


Bu gün, 15:07

Bu ilin sentyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 280,5 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı təxminən 1,8 min nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 365,3 min nəfər olub, onların 5 milyon 84,8 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2025-ci ilin sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 237 min nəfər olub və onların 50,1%-ini qadınlar təşkil edib. Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində Dövlət Məşğulluq Agentliyi tərəfindən 217,2 min nəfər işsiz qeydə alınıb və onların 47,6%-i qadınlar olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Məşğulluq Agentliyinin bu ilin ilk 8 ayında qeydə aldığı 19,8 min işsizin 15,3 min nəfəri qadın, 4,5 min nəfəri kişi olub.


Geri qayıt