Əsas Səhifə > Güney Press > Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır?
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır?Bu gün, 16:55 |
“SOCAR Romania”nın baş direktoru Ramil Əsədullazadə ilə şirkətin kadrlar üzrə direktoru Bibiana Konstantin arasında gizli münasibətin olduğuna dair iddia cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu barədə Rumıniyanın “Cancan” nəşri məlumat yayıb. Lakin düşünülür ki, bu, Əsədullazadənin vəzifədən kənarlaşdırılması üçün əvvəlcədən planlaşdırılıb. Ramil Əsədullazadənin məlum görüntüləri onun karyerasının bitməsinə səbəb olacaqmı? Qarşı tərəf həmin nəşri özəl həyata müdaxilə etdiyi üçün məhkəməyə verə bilərmi? Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, bu cür hallar nə işdən çıxarmaq, nə də karyeranın bitməsi üçün əsas sayılır: “Bu tip məsələlər özəl həyata müdaxilə kimi qiymətləndirilmir. Belə adamlar ictimaiyyət üçün maraqlı olduqları üçün onların həm şəxsi, həm də peşə həyatı diqqət mərkəzindədir. Dünyada da bu mövzuda məhkəmə çəkişmələri baş verib, lakin çox vaxt mətbuatın məlumat yaymaq azadlığı tanınıb, hər hansı pozuntu olmadığı vurğulanıb. Avropa İnsan Haqları Məhkəməsinin bir sıra presedent qərarlarında oxşar addımlar atılıb”. Hüquqşünas Azərbaycan qanunvericiliyindən də söz açıb: “Belə ki, şəxsi həyatla bağlı məlumatların paylaşılması və ya belə halların baş verməsi işdən çıxarmaq üçün əsas deyil. Qanun yalnız bu cür halların iş mühitində baş verməməsini nəzərdə tutur. Geri qayıt |