Əsas Səhifə > Güney Press > Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Xalq artisti Hacı Murad Yagizarov vəfat edibBu gün, 13:00 |
Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib. "Report" xəbər verir ki, bununla bağlı Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, M.Yagizarov uzun sürən xəstəlikdən sonra bu gün Almaniyada vəfat edib. Xatırladaq ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. O, "Arşın mal alan", "Ulduz", "Uzaq sahillərdə", "Ögey ana", "Bir cənub şəhərində" və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Geri qayıt |