Əsas Səhifə > Güney Press > Hakan Fidan sabah Dohaya gedəcək

Hakan Fidan sabah Dohaya gedəcək


Bu gün, 15:28

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının (ƏL) Fövqəladə Zirvə görüşünə hazırlıq çərçivəsində sentyabrın 14-də Dohada keçiriləcək Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.

Türkiyə XİN-dən "Report"un yerli bürosuna verilən məlumata görə, sentyabrın 15-də İƏT və ƏL-in Fövqəladə Zirvə toplantısına təqdim olunacaq qətnamə layihəsi xarici işlər nazirlərinin hazırlıq görüşündə müzakirə olunacaq.

Qeyd edək ki, dövlət başçıları səviyyəsində keçirilən bu zirvə görüşü sentyabrın 9-da İsrailin Dohaya hücumundan sonra Qətərin dəvəti ilə keçirilir. Sammit İƏT Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri Türkiyənin dəstəyi ilə baş tutacaq.

Bu tədbir İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya etdiyi hücumların ardınca keçirilməyə başlayan və daha sonra Livan, Suriya, Yəmən və İran kimi regional ölkələrə hücumları əhatə edəcək şəkildə genişlənən İƏT-AL Fövqəladə Birgə Zirvə toplantılarının üçüncüsü olacaq.


Geri qayıt