Əsas Səhifə > Güney Press > Qazaxda abadlıq işləri aparılır
Qazaxda abadlıq işləri aparılırBu gün, 18:03 |
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir. 2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Əliağa Şıxlinski küçəsinə yeni asfalt örtüyünün vurulmasına başlanılmışdır. Əvvəlcə yolun köhnə asfalt qatı frez maşını ilə qazılmış, toz qatı təmizlənərək yapışdırıcı material tökülmüşdür. Hazırda yola birinci qat asfalt örtüyü vurulur. Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən ərazidə olub, yolda görülmüş işlərlə tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Rayon sakinləri, eləcə də sözügedən küçədə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Geri qayıt |