Əsas Səhifə > Güney Press > “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi

“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi


Bu gün, 12:41

“Vüsal 300” ləqəbi ilə tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsində təqdimata baxılıb. "Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Vüsal 300 bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti həyata keçirməkdə ittiham olunur. İstintaq materiallarına əsasən, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlayaraq, qanunla nəzərdə tutulmayan yüksək faizlə lizinqə verib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanılıb.

Geri qayıt