Əsas Səhifə > Güney Press > “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb”
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb”Bu gün, 15:34 |
“Ermənistan üçün birbaşa hərbi təhdidlərin səviyyəsi hazırda çox aşağı qiymətləndirilir, lakin ölkə onun demokratik quruluşunu hədəf alan ciddi hibrid çağırışlarla üzləşir”. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan İrəvanda keçirilən “Kompleks təhlükəsizlik və dayanıqlıq – 2025” konfransından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırkı qiymətləndirmə göstərir ki, hərbi risklər bir neçə ay və ya bir il əvvəlkindən xeyli aşağıdır. Bununla belə, Kristine Qriqoryan ayıqlığı əldən verməməyə çağırıb. Qriqoryan çıxışında əsas diqqəti Ermənistanda demokratiyaya yönəlmiş təhlükələrə ayırıb və onları əsasən hibrid xarakterli adlandırıb. Dövlətləri konkret göstərməkdən çəkinən kəşfiyyat rəhbəri bildirib ki, bu cür təhdidlər nadir hallarda yalnız bir ölkədən qaynaqlanır: “Demokratiyaya qarşı təhdidlər bir ölkədən və ya bir oyunçudan qaynaqlanmır. Çox vaxt onlar kombinə olunmuş şəkildə və ya ayrı-ayrı hallarda özünü göstərir”. Kristine Qriqoryan əlavə edib ki, dünyada heç bir dövlət belə müdaxilələrdən sığortalanmayıb və Ermənistan da istisna deyil. Buna görə də hibrid hücumlarla mübarizə ölkənin milli təhlükəsizliyinin təmin edilməsində əsas prioritetlərdən birinə çevrilir. Geri qayıt |