Əsas Səhifə > Güney Press > Şəbnəm Tovuzlunun oğlu birinci oldu

Şəbnəm Tovuzlunun oğlu birinci oldu


Bu gün, 16:37

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, sənətçi övladının boks yarışlarına qatıldığını və birincilik qazandığını bildirib.

O qeyd edib ki, övladı 3 idman növü üzrə məşqlərə gedir.

"Əli güləş, futbol və boksla məşğuldur. Dünən Gəncə, Mingəçevir komandasını udaraq birinci yerə çıxıb. Atasının ən böyük arzusu onu güclü idmançı kimi görməkdir. Əlinin bütün yarışlarında atası onunla gedir, fəxrlə onu izləyir. Onun bir məqsədi var, o da Əlini dünya çempionu kimi görməkdir. Oğlum 9 yaşına keçib, bu onun boksda üçüncü birinciliyidir. Futbolda da çox bacarıqlıdır", - deyə Şəbnəm bildirib.

Müğənni əlavə edib ki, Əli iki ay sonra Antalyada yarışa gedəcək.



Geri qayıt