Xəbər verdiyimiz kimi, bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub. Yeniavaz.com xəbər verir ki, 48 min 69 nəfərdən 5 min 798 nəfəri rəhbər işçilər olub. Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, ümumi işçilərin 68,8%-i və ya 33 min 71 nəfəri fəhlədir. SOCAR-da çalışan ümumi işçilərin 17 min 805 nəfərinin ali təhsilli olduğu bildirilir. Açıqlanan məlumatlardan belə görünür ki, SOCAR-da çalışan fəhlələrin 2 min 807 nəfəri ali təhsilli şəxs olub.
Geri qayıt
|