Əsas Səhifə > Güney Press > “Kitablarımı qaytarmırlar”

“Kitablarımı qaytarmırlar”


Bu gün, 13:19

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzindən narazılıq edib.

“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə özünü feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, Mərkəz sahibkarları əlavə xərclərlə üz-üzə qoyur:

“Saat 11-də Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzindən canlı açıb öz kitablarımı tələb edəcəm. Təəsüf edirəm ki, məsələni o həddə gətirib çıxardıblar ki, ictimayəlişdirərək, haqqımı tələb edəcəm! Bu mərkəz sahibkarların başına oyun açır! İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1 900 manatlıq pul ödətdiriblər, üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları "ekspertiza" adı ilə "müsadirə" ediblər! Və qayrtarmırlar! Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab əvəzinə 1 900 manatlıq heç kəsə lazım olmayan sertifikatı təhvil verməliyəm?”.

O bildirib ki, yalnız son ay ərzində mərkəzin fəaliyyəti nəticəsində şirkət 2 600 manat ziyana düşüb:

“Yalnız son ay ərzində bu mərkəzin hoqqalarına görə bizə 2 600 ziyan dəyib. Çünki sertifikatlarla qarışıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır!

Üstəlik, heç kəsə lazım olmayan sertifikatlara 3 100 manat ödəmişik! Üstəlik, çoxlu kitabları "müsadirə" ediblər! Bu yalnız son aya!
Dünən mərkəzin rəisi Aris Rüstəmov, müavini Famil, əməkdaşları Pərvanə və Həcər ilə görüşdük. Bir saatlıq şirin söhbətdən sonra məni arxayın etdilər ki, kitablarımı geri qaytaracaqlar və 1-2 ədəd kitaba görə daha sertifikat tələb etməyəcəklər.

Razı salıb, yola saldılar. Sonra isə yenə get-gələ saldılar, kitabları geri qaytarmadılar, üstəlik, yeni gələn sifariş üçün əlavə 300 manat və "müsadirə" üçün bahalı kitab tələb etdilər! Dúnən bütün günü əsəbimi alıb zəhləmi töküblər! Mən öz haqqımı tələb edirəm! Kitablarımı qaytarın!”

Bildirək ki, yazıda adları qeyd edilən şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq.


Geri qayıt