Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına 3 milyard 222,5 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon dollar və ya 8,2% artım deməkdir. Əsas investisiya mənbələri sırasında Birləşmiş Krallıq lider olsa da, onun payı ötən ilki 29,7%-dən 25%-ə enib. Türkiyədən cəlb olunan investisiyaların məbləği artaraq 628,7 milyon dollara çatıb və ümumi sərmayələrin 19,5%-ni təşkil edib. Kiprdən yatırılan vəsait 353,4 milyon dollar olub (11%). Əhəmiyyətli artım İsveçrə və Fransadan gələn investisiyalarda qeydə alınıb. 2024-cü ilin ilk yarısında İsveçrə Azərbaycan iqtisadiyyatına 24,4 milyon dollar investisiya yatırdığı halda, 2025-ci ilin müvafiq dövründə bu göstərici 9,3 dəfə artaraq 226,6 milyon dollara yüksəlib. Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya isə son bir ildə 8,6 dəfə artaraq 60,5 milyon dollara çatıb. Bundan başqa, Macarıstan (166,2 milyon dollar), Rusiya (129,7 milyon dollar) və Gürcüstandan (69,1 milyon dollar) gələn sərmayələrdə də artım müşahidə olunub. Əvəzində, Birləşmiş Ərəb Əmirliklərindən yatırımlar 236,5 milyon dollardan 175,6 milyon dollara, İrandan isə 184 milyon dollardan 176 milyon dollara düşüb. Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran ölkələrin siyahısı aşağıdakı kimi olub: Birləşmiş Krallıq – 25% (806,3 milyon dollar); Türkiyə – 19,5% (628,7 milyon dollar); Kipr – 11% (353,4 milyon dollar); İsveçrə – 7% (226,6 milyon dollar); İran İslam Respublikası – 5,5% (176 milyon dollar); Birləşmiş Ərəb Əmirlikləri – 5,4% (175,6 milyon dollar); Macarıstan – 5,2% (166,2 milyon dollar); Rusiya Federasiyası – 4% (129,7 milyon dollar); Yaponiya – 3,4% (108 milyon dollar); Amerika Birləşmiş Ştatları – 2,8% (89,5 milyon dollar); Gürcüstan – 2,1% (69,1 milyon dollar); Fransa – 1,9% (60,5 milyon dollar); İsveç – 0,8% (26,5 milyon dollar); Hindistan – 0,8% (24,3 milyon dollar); Finlandiya – 0,7% (21,4 milyon dollar); Niderland – 0,6% (19,8 milyon dollar); Almaniya – 0,5% (17 milyon dollar); Çin – 0,4% (13,6 milyon dollar); Avstriya – 0,4% (13,2 milyon dollar); Qazaxıstan – 0,4% (12,8 milyon dollar); Qırğızıstan – 0,2% (7,7 milyon dollar); Latviya – 0,2% (6,7 milyon dollar); İtaliya – 0,1% (4,8 milyon dollar); Lüksemburq – 0,1% (4,3 milyon dollar); Asiya İnkişaf Bankı – 0,1% (3,4 milyon dollar); Beynəlxalq Maliyyə Korporasiyası – 0,1% (2,9 milyon dollar); Oman – 0,1% (2,5 milyon dollar); Belarus – 0,1% (2,4 milyon dollar); Qətər – 0,1% (2,2 milyon dollar); Digər dövlətlər – 1,5% (47,4 milyon dollar).
Geri qayıt
|