Əsas Səhifə > Güney Press > Ramiz Mehdiyevin FHN-də müavin olan oğlu NƏ OLACAQ: Kəmaləddin Heydərov da bilmir
Ramiz Mehdiyevin FHN-də müavin olan oğlu NƏ OLACAQ: Kəmaləddin Heydərov da bilmirBu gün, 00:16 |
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. "Unikal"ın məlumatına görə, bu qərardan sonra R.Mehdiyevin general oğlu Teymur Mehdiyevin gələcək aqibəti ilə bağlı suallar yaranıb. Belə ki, Teymur Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir. O bu vəzifəyə 2014-cü ildə təyin edilib. Məsələ ilə bağlı Ramiz Mehdiyevdən və oğlundan açıqlama almaq istəsək də, onların telefonları sönülü olub. Kəmaləddin Heydərov isə məsələ ilə bağlı sualdan yayınıb, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev isə sualı eşidən kimi telefonunu söndürüb. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunub. Geri qayıt |