Əsas Səhifə > Güney Press > Dünyanın ən güclü pasportları: Azərbaycan siyahıda var?
Dünyanın ən güclü pasportları: Azərbaycan siyahıda var?Bu gün, 16:24 |
“Henley & Partners Passport Index”sinə görə, ABŞ 20 ildən sonra ilk dəfə dünyanın ən güclü 10 pasportu arasından çıxıb. “Cebheinfo.az” xəbər verir ki, bu dəfə siyahının zirvəsinə Asiya ölkələri yerləşib. Belə ki, Sinqapur 193 ölkəyə vizasız giriş imkanı ilə liderdir. Sonrakı yerdə 190 ölkə ilə Cənubi Koreya, 189 ölkə ilə Yaponiya gəlir. ABŞ isə Malayziya ilə birlikdə 180 ölkəyə vizasız giriş imkanı təmin edərək siyahının 12-ci pilləsində qərarlaşıb. İndeks Londonda yerləşən “Henley & Partners” konsaltinq şirkəti tərəfindən hazırlanır və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumatlarına əsaslanır. Henley eyni reytinqə malik ölkələri bir pillədə saydığı üçün əslində ABŞ-nin qarşısında 36 ölkə yer alır. 2014-cü ildə birinci olan ABŞ 2024-cü ilin iyulunda hələ də ilk onluqda idi. Bəs bu geriləmənin səbəbi nədir? Mütəxəssislərə görə, bu dəyişiklik son dövrlərdə baş verən viza siyasətindəki yeniliklərlə bağlıdır. Aprel ayında Braziliya qarşılıqlı viza siyasətinin olmamasını əsas gətirərək ABŞ, Kanada və Avstraliya vətəndaşlarından yenidən viza tələb etməyə başladı. Çin isə Almaniya və Fransa kimi Avropa ölkələrinə vizasız giriş imkanı tanıdı, lakin ABŞ bu siyahıya daxil edilmədi. Bundan əlavə, Papua Yeni Qvineya və Myanma da viza siyasətlərini dəyişərək bəzi ölkələrin mövqeyini gücləndirdi, ABŞ-nin reytinqini isə daha da zəiflətdi. Son “zərbə” isə Somalinin e-viza sistemini tətbiq etməsi və Vyetnamın ABŞ-ni yeni vizasız ölkələr siyahısına daxil etməməsi oldu. Bir zamanlar zirvədə olan Böyük Britaniya pasportu da geriləyib. 2015-ci ildə birinci yerdə olan Britaniya, iyul ayından bəri iki pillə enərək 8-ci sıraya düşüb. Bu müddətdə Çin isə böyük yüksəliş nümayiş etdirib. 2015-ci ildə 94-cü yerdə olan Çin 2025-ci ildə 64-cü sıraya yüksəlib və əlavə 37 ölkəyə vizasız giriş imkanı qazanıb. Hesabatda bu artım Pekinin “artırılmış açıqlıq” strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son on ildə 34 pillə irəliləyərək 42-ci yerdən 8-ci sıraya qalxıb. 2025-ci ilin Henley Pasport İndeksinə görə ilk 12 ölkə: 1. Sinqapur – 193 Qeyd edək ki, “Henley & Partners Passport Index”in məlumatına əsasən, 2025-ci il üçün Azərbaycan pasportu 71 ölkəyə vizasız giriş imkanı ilə 95-ci yerdə qərarlaşıb. Qardaş Türkiyə 113 ölkəyə vizasız səfər hüququ ilə 100-cü pillədə, Ermənistan isə 67 ölkəyə vizasız giriş imkanı ilə 94-cü sırada yer alıb. “Cebheinfo.az” Geri qayıt |