Əsas Səhifə > Güney Press / Partiya > "Azərbaycanı təslimçi sülhə məcbur etmək istəyən Ramiz Mehdiyevin dəstəsi imiş"
"Azərbaycanı təslimçi sülhə məcbur etmək istəyən Ramiz Mehdiyevin dəstəsi imiş"31-10-2025, 05:24 |
|
"Yaxşı xatırlayıram, 2016-cı ildə Vətən Müharibəsində qazandığımız Böyük Zəfərə gedən yolun ilk addımı olan tarixi Aprel döyüşlərindən sonra AXCP sədri Əli Kərimli intensiv formada anti-azərbaycan çıxışlara start verdi. O, Azərbaycan ordusunun uğurlarını aşağılayan, əsgərimizin qəhrəmanlığını kiçildən, təslimçi sülhə çağırış edən, hətta doyüşlərlə bağlı Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə təhlükəyə salan çıxışlar edirdi. Əli Kərimli Ordumuzun döyüş qabiliyyətinin olmadığını xüsusi qeyd edirdi..." "DİA-AZ" xəbər verir ki, bu fikirləri “İslahatçı Gənclər”İctimai Birliyinin sədri olaraq həmin dönəmdə ciddi fəaliyyəti ilə diqqət çəkən, ictimai-siyasi fəal, tanınmış jurnalist Fərid Şahbazlı deyib.
O daha sonra bildirib: "Erməni mediası və QHT-ləri onun çıxışlarına istinad edərək, Azərbaycana qarşı beynəlxalq müstəvidə kampaniyalar təşkil edirdilər.
O zaman çox az sayda QHT sədri və gənclərlə sosial mediada, eyni zamanda şəhərin müxtəlif yerlərində aksiyalar təşkil edərək Əli Kərimlinin düşmən maraqlarına xidmət edən mövqeyinə sərt etiraz etdik. Həmin dövrdə bununla bağlı radikal müxalif media tərəfindən ağır təhqirlərə və hücumlara məruz qaldıq. Bu haqda mediada geniş məlumatlar dərc edilib.
Məhz bu aksiyalardan sonra, eyni zamanda həmin dövrlərdə Cənab Prezident İlham Əliyevi radikalların tribunası olan platformalarda ən prinsipial formada müdafiə etdiyim üçün ictimai və media fəaliyyətimdə süni əngəllərlə qarşılaşmağa başladım. Hər zaman müvafiq qurumlarla olan xoş və peşəkar əməkdaşlıq əlaqələrim birdən-birə sıradan çıxdı və uzun müddət heç bir formada qaydasına düşmədi. Dövlət təltiflərindən, müxtəlif layihələrdən müəmmalı şəkildə kənarda saxlanıldım.
İndi yazılanlardan məlum olur ki, Əli Kərimli və ona xidmət edən dairələri fəallaşdıran, süni narazılıq görüntüsü yaradaraq dövləti şantaj edən və Azərbaycanı təslimçi sülhə məcbur etmək istəyən Ramiz Mehdiyevin dəstəsi imiş. Sən demə, mən və mənim kimi çox az sayda vətənsevər gənclər də bilmədən onların planların mane olurmuşuq.
Ona görə də, bütün dövlət layihələrindən və təltiflərindən kənarda saxlanılaraq cəzalandırılmışıq...
Çox sayda təhdid və təhqirlərə məruz qalsam da, indi sevinərəm ki, gec də olsa bu xəyanətkarlar ifşa edildi.
P.S. O zaman bu aksiyalarda iştirak üçün dəvət etdiyimiz, ancaq müxtəlif bəhanələrlə milli maraqlarımızla bağlı mövqe ortaya qoymaqdan yayınan şəxslərin bir çoxu hazırda yüksək vəzifələrdə işləyir..."
Geri qayıt |