Əsas Səhifə > Güney Press / Partiya > "Kökünüz kəsilsin!"

"Kökünüz kəsilsin!"


2-11-2025, 10:41

Tanınmış yazar, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca növbəti sərt reaksiyası ilə diqqətə gəlib. "DİA-AZ" xəbər verir ki, bir neçə gün əvvəl həbs olunmuş Balakən rayon icra hakimiyyətinin keçmiş başçısı İslam Rzayevin keçmiş PA şefi Ramiz Mehdiyevin qonşusu olması faktına işarə edən X.Qoca özünün sosial şəbəkə hesabında bildirir:

"Mənim "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı bir pyesim var, Az TV-də səhnələşdirilib. Tamaşada vəzifəli adam gözəl yerdə yerləşən rahat evini satmaq istəyir ki, özündən böyük vəzifəlinin evinin yaxınlığında ev alsın, onunla qonşu olsun, bəlkə onun köməyi ilə daha yüksək vəzifəyə getsin. İndi görürəm ki, dövləti dağıdanların xeylisi bir-biri ilə bağ və mənzil qonşusudurlar!..
Kökünüz kəsilsin!"


Geri qayıt