Əsas Səhifə > Güney Press / Manşet / Üçüncü sektor > SOCAR-da GESTAPO AB-HAVASI...

SOCAR-da GESTAPO AB-HAVASI...


9-12-2025, 17:00

Az qala primitiv hüquqları belə əllərindən alınan SOCAR çalışanları rəhbərliyin yeni hoqqabazlığı ilə üz-üzə qalıblar, desək, yanılmarıq... Hər halda, görünəni və anlaşılanı budur. 

"DİA-AZ" xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sosial şəbəkə hesabında ilginc bir sənəd təqdim olunub.

SOCAR işçilərinə müraciət xarakterində olan bu elanın mətnindən atdın olur ki, rəhbərlik artıq dənizdə çalışan işçilərdən sağlamlıq haqqında arayış tələbini gəmiyə minə bilmələri - yəni işlərinin başına gedib çatmaları üçün şərtə çevirir.

Bu nə deməkdir? Bu nə özbaşınalıqdır?

Qeyd edək ki, sözgüedən fakta NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca sərt reaksiya verərək işçilərin hüuqlarının növbəti dəfə pozulmasını SOCAR rəhbərliyinə ünvanladığı ritorik suallarla şərh edib. M.Qəhrəmanlı sual edir:

"Əmək Məcəlləsi?-Yox☝
Nazirlər Kabinetinin qərarı?-Yox☝
Görəsən, bəs onda niyə ki? ?
Bəlkə 60+yeni variantda?
Bəlkə kimsə ,,,,, ???????"

Həqiqətən də... Yəni hansı səbəbdən belə bir tələb irəli sürülüb. Bəlkə SOCAR rəhbərliyi indi də SAĞLAMLIQ HAQQINDA ARAYIŞI biznesinə çevirib, növbəti korrupsiyaya rəvac vermək istəyir... Bunu hələlik bilmirik. Bildiyimiz odur ki, SOCAR-da bri GESTAPO AB HAVASI var... və işçilərin nəfəsi tükənmək üzrədir... 
İlsonu maaşlarının artacağınlı ümidlə gözləyən və bu yöndə bir neçə dezinformasiya xarakterli məlumatlarla məzə hədəfinə çevrilən SOCAR işçiləri indi rəhbərliyin birbaşa əyləncə predmeti kimi diqqətə gəlir. Bunun başqa adı yoxdur...


Geri qayıt