Əsas Səhifə > Güney Press / Partiya > Sahibkarlara HƏDƏ: Gətirdiyiniz maşınları bu il satmalısınız!

Sahibkarlara HƏDƏ: Gətirdiyiniz maşınları bu il satmalısınız!


22-12-2025, 06:35

"Hörmətli İqtisadiyyat Nazirliyi, dəyərli Nazirlər Kabineti, lütfən ictimayyətlə işləməyi öyrənin, vaxtında rəsmi açıqlamalar verin, zatən biznes qan ağlayır, yazığınız gəlsin, axı qızıl yumurtalayan toyuğu, süd verən inəyi kəsməzlər, elə deyil?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir "Konkret bir məsələ var - 2026-cı ilin əvvəlindən hibrid və elektrik avtomobillərə ƏDV güzəşti ləğv edilir. Rəsmi avtosalonlar, fiziki şəxslər noyabr-dekabr aylarında daha çox avtomobil gətirdilər ki, güzəşt dövründən sonacan istifadə etsinlər.
Bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız.
Son günlər bir neçə iş adamından müraciət almışam, az qala yalvarırlar ki, batırıq, bir rəsmi şəxs çıxıb izah etsin ki, biz indi nə etməliyik?! Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın - bu isə əlavə xərc deməkdir.
Bundan başqa şikayət edirlər ki, öz şəxsi hesablarından ayda 30 min manatdan çox pul çıxarda bilmirlər, bu isə işlərinə böyük əngəl yaradır. İnsanların öz puluna çıxmağa qadağa qoymaq olmaz, hə, deyəcəklər nəğd vəsaitə məhdudiyyət var - yenə də olmaz! Bu absurddur.
Dostlar, bu məsələni paylaşın, yayın ki, rəsmi qurumların qulağına çatsın, məsələni, problemi çıxıb normal izah etsinlər..."
.
.
.
.
.
Qeyd: bizdən oğurladığınız yazıları halal edirik....)))

Geri qayıt