Əsas Səhifə > Güney Press / Partiya > "Elçilikdə sağlamlıq arayışının istənməsi cəsarətli addımdır”

"Elçilikdə sağlamlıq arayışının istənməsi cəsarətli addımdır”


16-01-2026, 06:56

Azərbaycanda atanın qızına elçi düşən ailədən oğlanın sağlamlığı ilə əlaqədar arayış və narkotest istəməsi müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar bunu normal və lazımlı hesab etsə də bəziləri buna qarşıdır.

Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, çox düzgün bir addımdır:

"Mən bunu təqdir edirəm və hesab edirəm ki, bundan utanmaq lazım deyil. Burada ayıb anlayışını adiləşdirmək lazımdır. Hər kəs bilməlidir ki, istər qız, istərsə də oğlan üçün bu istiqamətdə tibbi arayışın alınması və testdən keçirilməsi olduqca faydalıdır. Sonradan baş verə biləcək boşanmalar, mübahisələr və yola getməməzliklər məhz bu mərhələdə əvvəlcədən müəyyən qədər təminat altına alına bilər. Ona görə də bu, çox doğru və cəsarətli, eyni zamanda ayıq-sayıq bir davranışdır. İstərdim ki, cəmiyyətimizdə insanların əksəriyyəti qohumluq münasibətləri formalaşdığı andan etibarən belə təşəbbüslər irəli sürüldükdə, bunu çəkinmədən mütləq həyata keçirsinlər. Bu, onların haqqıdır və bu məsələyə yüksək səviyyədə dəstək göstərilməlidir" , - deyə millət vəkili yekunlaşdırdı.


Geri qayıt