Əsas Səhifə > Güney Press / Partiya > "Qoyun kimi susublar, normal cavab verməyiblər..."

"Qoyun kimi susublar, normal cavab verməyiblər..."


7-02-2026, 06:59

"Rusiyanın rəsmi, dövlətə yaxın saytlar, media qalsın bir qırağa, “Dojd”, “Exo Moskva”, “Jivoy Qvozd” və s. , Allah bunları qoymasa, guya, demokratik, liberal, müxalifət mediası da Azərbaycan məhkəməsinin Qarabağ canilərinin hüquqa və törətdikləri alçaq əməllərə görə haqlı olaraq ömürlük və uzun müddətli həbs qərarlarına etiraz edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Onları “siyasi məhbus” adlandırırlar, ölkəmizi qınamağa çalışırlar – bir sözlə, Rusiya “liberallarının” mövqeyi rəsmi imperialist mövqedən heç nə ilə seçilmir. Rusiyada ətraf xalqlara münasibətdə demokrat, liberal yoxdur, ola da bilməz, onların kafaları imperialist mərəzlə çoxdan zəhərlənib.
Dəfələrlə o mediaya açıqlamalar verərkən üzlərinə demişəm ki, siz işğalçı Rusiyaya xidmət edən, məsələn, Xerson vilayətinin işğal edilmiş hissəsinə Kremlin təyin etdiyi alkaqolik Vladimir Saldonu, Ukrayna həbs edib, məhkəməyə çıxartsa, ona haqq etdiyi həbs cəzası versə, nə deyərdiniz, etiraz edib Ukraynanı qınayardınızmı?! Qoyun kimi susublar, normal cavab verməyiblər.
Separatçılar, əlləri cinayətə batmışlar dünyanın hər yerində mütləq cəza almalıdırlar və Azərbaycan Dövləti tam hüquqi və ədələtli qərar verib. Ukraynaya da eyni ilə, separatçıların Kiyevdə məhkəmə qarşısında cavab verəcəyi günlər arzulayıram. Amin!"

Geri qayıt