Əsas Səhifə > Güney Press / Partiya > Gələn həftə YAP-ın qurultayı KEÇİRİLƏCƏK

Gələn həftə YAP-ın qurultayı KEÇİRİLƏCƏK


27-02-2026, 11:10

Gələn həftə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qurultayda əsasən təşkilati məsələlərə baxılacaq.

Qeyd edək ki, YAP-ın sədr müvini və Aparat rəhbəri Tahir Budaqov Dövlət başçısının 9 fevral 2026-cı il tarixli sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əlavə, barəsində cinayət işi açılmış Ramiz Mehdiyevin də YAP-dan xaric ediləcəyi iddia olunur.


Məsələ ilə bağlı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, qurultayla bağlı qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək.

Məlumat üçün bildirək ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib.

Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir.


Geri qayıt