Əsas Səhifə > Güney Press / Partiya > "ABŞ-ın ağlı olsa, müharibəni həmən dayandırar"

"ABŞ-ın ağlı olsa, müharibəni həmən dayandırar"


10-03-2026, 05:37

"İran xalqı Şah rejimini niyə devirdi? Bəli, hakimiyyətin nəsildən-nəslə keşməsinə qarşı idilər. Bəs bu gün hara gəldilər?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Bəli, hakimiyyət yenə dinastiya üsulu ilə formalaşır. Yaxşı, dünyəvi monarxiyanı yıxıb, teokratik monarxiya qurmaq nəyə lazım idi o zaman?!
ABŞ-ın ağlı olsa, İsraili razı sala bilsə, müharibəni həmən dayandırar, bir müddət sonra İran xalqı teokratik monarxiya sistemini sorğulayacaq, bunun üzərinə iqtisadi problemlər də gələcək.
İran coğrafiyasında yaşayan xalqlar öz gələcəyini özü müəyyən edəcək və insanların teokratik monarxiyaya qarşı çıxması çox uzun sürməyəcək..."

Geri qayıt