Əsas Səhifə > Güney Press / Partiya > "Əgər hazırda müzakirə olunan qanunlar qüvvədə olsa belə..."
"Əgər hazırda müzakirə olunan qanunlar qüvvədə olsa belə..."16-03-2026, 06:31 |
|
"Mənim dediklərim artıq baş verir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Milli Məclisdə artıq müzakirə olunan dəyişikliklə bağlı şərh verərkən bildirmişdim ki, cinayət məsuliyyəti müəyyən etmək problemi həll etməyəcək. Ölkə daxilində bunu edənlər, həmin matereal hazırlayıb xarici ölkədəki tanışına (dostuna) göndərəcək və o yayacaq. Yaxud xarici ölkədəkilər özləri hazırlayıb yayacaq.
Söhbət bu dəyişiklikdən gedir: "Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma". Bunu edənləri ən müxtəlif cəzalar, ən pis halda 3-5 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu gün xarici ölkədə yaşayanlardan biri Milli Məclisinin Komitə sədrlərindən biri ilə bağlı real olmayan (saxta) foto hazırlayıb paylaşıb. Əgər hazırda müzakirə olunan qanunlar qüvvədə olsa belə... ona qarşı nəsə etmək mümkün olmayacaq. Uzaq başı ona qarşı cinayət işi başlanacaq ki, bu da həmin şəxslərin orda qalmaları üçün əlavə əsaslar yaradacaq.
Geri qayıt |