Əsas Səhifə > Güney Press / Partiya > HƏLƏ BU HARASIDIR...
HƏLƏ BU HARASIDIR...31-03-2026, 05:57 |
|
"Dünya mediasında, “qiymətlər ən yüksək səviyyəyə qalxdı”, kimi müxtəlif xammal, neft, qaz, əlvan metallarla bağlı məlumatlar yazılır və bizim media da həmin xəbərləri tirajlayır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Sadəcə məlumat üçün:
1) Dünyada ən yüksək neft qiymətləri 2008-ci ilin iyun-iyul aylarında olub, bir barel neft 147-148 dollara satılıb – indi qiymət 115 dollar civarındadı,
2) Dünyada ən yüksək təbii qaz qiymətləri 2022-ci ilin iyul-avqust aylarında qeydə alınıb, 1000 m3 qazın birjalarda dəyəri 3890 dollara qədər bahalaşıb – bu gün 1000 m3 qazın qiyməti 750-760 dollardır,
3) Bir ton alüminiumun rekord qiyməti 2022-ci iidə qeydə alınıb, dünya bazarında 1 tonun qiyməti 4073 dollar olub – bu günə qiymət 3428 dollardır.
Yəni, dostlar, bəli, dünya birjaları çalxalanır, amma, xəbərləri araşdırıb yazmaq daha doğrudur, fəlakət ssenarilərindən, “ən çox, ən yüksək”, epitetlərindən uzaq durmaq lazımdır, çünki, həqiqətə uyğun deyil..."
Geri qayıt |