|
"İndi nədənsə çoxları kinodan danışır, ən çox da kinomuzun məhv olmasından söhbət açır. İndiyədək haradaydınız? Rasim Balayevin həyatdan getməsi xatırlatdı sizə kinonu?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib. O daha sonra fikrini belə davam etdirir: "Yeri gəlmişkən, biz də bir-iki fikir söyləyək. Kinomuzun gələcəyinin ürəkaçan olmayacağı fikrindəyik. Həm də bu maliyyə-filanla bağlı deyil. Maliyyə olsa belə, çətin olacaq. Niyə? Tanıdığımız güclü ssenaristlərin, kino aktyorlarının, rejissorların çoxu həyatda deyil. İndikilərin yazdlqları cızma-qaraları isə televiziya ekranlarında nümayiş etdirirlər. Onların hamısını toplasaq "Nəsimi"nin, "Babək"in, "Böyük dayağ"ın, burada adlarını sadalamadığımız çoxlu filmlərin bir süjetinə dəyməz! Bir də dəxli olmayan adamların məqalələrində Kinomotoqrafçılar İttifaqının sədrinin kim olacağı mübahisə mövzusuna çevrilib! Biri yazır "filankəs qocalıb, ondan olmaz" ( kobud ifadələr də işlədirlər...), biri deyir, "filankəs olacaq", bir başqası yazır "filankəsln yeri deyil" və s. və İ.a. Bunlardan bir soruşan yoxdur ki, a kişilər, sizi nə maraqlandlrır, işiniz-gücünüz qurtarıb? Bir sözlə, kino haqqında, onun gələcəyi haqqında kino xadimləri, mədəniyyət adamları danıçsalar, yazsalar yaxşıdır... Mən FB-də də ğörürəm, heç bir haqqı olmayan adamlar xalqa yol göstərirlər, "ağıl" verirlər! Nə var, nə var, balaca bir vəzifəsi var! Danışıqlarından simasızlıq, yaltaqlıq tökülürür! Vəzifəyə də ona-buna yalaqlanmaqla sahib olublar! Yaxşı ki, insanlar belələrini tanıyırlar! Axı, biz çox da böyük olmayan bir ölkədə yaşayırıq... Buna baxmayaraq, bəziləri müharibə aparan ölkələrə də "yol" göstərirlər, hərbə-zorba gəlirlər! Hərə öz işi ilə məşğul olsa, nə olar?"
Geri qayıt
|