Əsas Səhifə > Güney Press > Keçmiş iş yoldaşını küçədə döyən şəxs:
Keçmiş iş yoldaşını küçədə döyən şəxs:Bu gün, 09:27 |
|
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, Babək Lətifov zərərçəkmiş Ərəstun Yusifovun (adı, soyadı şərtidir) sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurub. Hadisə ötən il paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Məlumata görə, zərərçəkmiş şəxs işdən çıxaraq evə gedən zaman küçədə əvvəllər tanıdığı təqsirləndirilən şəxs ilə qarşılaşıb. Görüş zamanı tərəflər arasında əvvəlki münasibətlərdən qaynaqlanan mübahisə yaranıb. Belə ki, Babək Ərəstunu işdən çıxarılmasında günahlandırıb və bu səbəbdən aralarında gərginlik artıb. Mübahisə zamanı təqsirləndirilən şəxs aqressiv davranaraq qəsdən zərərçəkmiş şəxsin baş və sifət nahiyələrinə əl zərbələri endirib. Nəticədə o, Ərəstuna müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib. Geri qayıt |