Əsas Səhifə > Güney Press > Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilib
Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilibBu gün, 10:27 |
|
Rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu müxalif “Güclü Ermənistan” Partiyasının saxlanılan 6 üzvü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Teleqraf xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Qohar Meloyan məlumat verib. Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən saxlanılan şəxslər seçkilərlə əlaqədar rüşvət verməkdə ittiham olunur. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Geri qayıt |