|

DSMF (Dövlət Sosial Müdafiə Fondu) yaradılanda hökumət rəsmiləri iddia edirdilər ki, bir müddət sonra DSMF özü-özünü maliyyələşməyə keçəcək, büdcədən dotasiya almayacaq. Bu il, 2026-cı ildə DSMF büdcədən 1 milyard 700 milyon dotasiya alacaq – yəni, DSMF özü-özünü maliyyələşdirə bilmir və səhv qurulmuş sistem və domokrafik pis dinamika ona gətirib çıxaracaq ki, növbəti illərdə DSMF büdcədən daha çox dotasiya alacaq.
Tribuna.az xəbər verir ki, bu barədə danışan iqtisadnı Natiq Cəfərli bildirib ki, DSMF-nin 2026-cı ildə büdcəsi proqnozlara görə 8 milyard 323 milyon manat olacaq:
“Bu il DSMF-nin xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı (96,6%) əhaliyə ödənişlərə yönəldiləcək. DSMF-nin əməliyyat, cari xərcləri bu il 287 mln. manat olacaq ki, bura maddi-texniki bazanın möhkəmlənməsi, icarə və s. xərcləri daxildir. İndi məlumat yayılıb ki, DSMF, Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürmək istəyir, bunun üçün 1 037 520 manat dəyərində tender, satınalma elan edib. Əgər illik müqavilə nəzərdə tutulubsa, bu aya 86 min 460 manat icarə haqqı edir – belə də icarə haqqı olar?! Dövlətin torpağı da var, binaları da, ya torpaq təsis edib, elə 2-3 ilin icarə haqqına bina tikə, ya da, dövlətin balansında olan binanı təsis edə bilər ki, DSMF də 1 mln. manat qənaət etsin – axı dotasiya ilə ayaqda qalan bir qurumdur, bu dəyərdə niyə ofis icarəyə götürsün ki?! Bəlkə burda başqa maraqlar var?! Təqaüd yaşına çatmadan dünyadan köçən vətəndaşın haqqı yeyilir, topladığı vəsait, əsasən, batır, amma, icarəyə 1 mln. 37 min manat ödəmyə hazırdılar – bu ədalətsizlikdir”.
Geri qayıt
|