Əsas Səhifə > Güney Press > ABB öz səhmdarlarına 200 milyon manat

ABB öz səhmdarlarına 200 milyon manat


Bu gün, 12:35

Azərbaycan Beynəlxalq Bankı – ABB-nin rəhbərliyi bankın 2025-ci il üzrə əldə etdiyi yüksək mənfəətin bir hissəsini səhmdarlarla bölüşməyə hazırlaşır.

"DİA-AZ" xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Abbas İbrahimov FED.az-a müsahibəsində bildirib.

Bank sədri qeyd edib ki, ABB-nin Müşahidə Şurası bankın səhmdarlarının mayın 7-də keçiriləcək ümumi yığıncağına rekord həddə — 200 milyon manat məbləğində dividend ödənilməsini təklif edəcək.

Bu addım bankın həm kapital mövqeyinin güclü olduğunu, həm də dövlət və özəl səhmdarların investisiya gəlirliliyini artırmaq strategiyasını nümayiş etdirir. Xatırladaq ki, ABB-nin son illərdəki mənfəət dinamikası bu cür irihəcmli ödənişləri həyata keçirməyə tam imkan verir.

Belə ki, ABB 2024-cü ili 294 milyon manat xalis mənfəətlə tamamlamışdı. Bank rəhbərliyi həmin ilin nəticələri üzrə səhmdarlara 185 milyon manat dividend verməyi qərara alıb. Başqa sözlə, 2024-də əldə edilən xalis mənfəətin təqribən 63%-i dividend ödənişinə sərf edilmişdi.

2025-ci ili isə ABB rekord həddə - 404 milyon manat xalis mənfəətlə tamamlayıb: "Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200 milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqda təklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər. Biz son 8 ildə səhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki, gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızla bölüşürük"-deyə A.İbrahimov bildirib.


Geri qayıt