Əsas Səhifə > Güney Press > "Azərbaycan mənim evimdir"

"Azərbaycan mənim evimdir"


Bu gün, 05:38

Rusiya imperiyası dövründə Tiflisdə rus dilində nəşr olunan rəsmi hökumət qəzeti olan "Kavkaz" Qacar xanədanı diqqətlə izləyir, Tehran və Təbrizdə baş verən hadisələri ora ezam edilən əməkdaşları tərəfindən göndərilən xəbərləri dərhal dərc edirdi.
 
1896-cı ildə Müzəffərəddin şahın Təbrizdən ayrılıb Tehrana taxt-taca getməli olur.Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır.
 
Atasının qətlindən sonra, 1896-cı ildə Qacar imperiyasının şahlıq taxtına əyləşmişdi. Bu barədə qəzetin, 5 iyun 1896-cı № 147 sayında xüsusi bir yazı dərc edilir.
 
Yazıda şahın Təbrizdən yola düşməsi, xalqla vidalaşması və Azərbaycanı öz oğlu Məhəmməd Əli Mirzəyə tapşırması barədə geniş məlumat verilir.
 
Şah Təbrizin əyanları, ruhaniləri və xalq nümayəndələri qarşısında vida nitqi söyləyərkən oğlunu onlara təqdim edərək bu sözləri demişdi:
" Mən ən əziz varlığımı (oğlumu) ən əziz yerimə (Azərbaycana) əmanət edirəm.Azərbaycan mənim evimdir, onu dünyada hər şeydən çox sevirəm... O, hər bir azərbaycanlı üçün ata olmalıdır.Mən özüm otuz yeddi illik hakimiyyətim dövründə azərbaycanlılara ata kimi yanaşmışam. İtizadus-Soltane mənim nümunəmi izləməlidir."
 
O, bu müraciəti ilə həm xalqın etibarını qazanmaq, həm də oğluna Azərbaycanın sülalə üçün nə dərəcədə əhəmiyyətli olduğunu xatıradırdı.
 
"Kavkaz" qəzetinin müxbiri Təbrizdən yazırdı:
 
"Şah Azərbaycanı "Dövlətin dayağı" (Mədar-ül-Məmləkə) və özünün doğma evi adlandırırdı"
 
Qəzetin PDF versiyası
 
https://dspace.nplg.gov.ge/bitstream/1234/293189/1/Kavkaz_1896_N147.pdf
 
Müzəffərəddin şah Təbrizdə keçirdiyi 30 ildən çox müddətdə sarayda və gündəlik həyatda əsasən Azərbaycan türkçəsində danışıb və bu millətdən olması ilə fəxr edib. Osmanlı dövlətinə səfəri zamanı da görüşləri türk dilində aparıb.
 
Müzəffərəddin şah Tehrana getdikdən sonra da Təbrizdən gələn hər bir xəbərə qarşı çox həssas idi. Hətta deyilənə görə, o, ömrünün sonuna qədər "Təbriz havası" üçün darıxdığını tez-tez dilə gətirərmiş.
müəllif: Prof.Dr. Zaur Aliyev
"DİA-AZ "

Geri qayıt