Əsas Səhifə > Güney Press > Tramp bunu etsə, fəlakətlə üzləşəcək

Tramp bunu etsə, fəlakətlə üzləşəcək


Bu gün, 07:01

ABŞ İranla onun hərbi potensialına görə münaqişəni davam etdirərsə, fəlakətlə üzləşəcək.

Axar.az xəbər verir ki, bunu istefada olan amerikalı hərbi analitik və kəşfiyyatçı Skott Ritter X şəbəkəsində yazıb.

"ABŞ İranla müharibənin ilk raundunda sarsıdıcı məğlubiyyətə uğradı. ABŞ Prezidenti Donald Tramp ikinci raunda başlamaq qərarına gəlsə, nəticələr Amerika və onun müttəfiqləri üçün fəlakətli olacaq", - o bildirib.

Ritter həmçinin vurğulayıb ki, Vaşinqton İrana qarşı əməliyyatda bəyan edilmiş məqsədlərin heç birinə, o cümlədən hakim rəhbərliyi dəyişməyə nail ola bilməyib.


Geri qayıt