|
Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Premyer Prodakşin” MMC (VÖEN – 2700318711) olub. Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti “Qurban bayramı” tədbirinin təşkil edilməsi üçün bayram sovqatlarını satın alacaq və qarşılığında 96 min manat ödəyəcək. Məlumat üçün bildirək ki, bayram sovqatı hər biri 3 kiloqram olan 1600 ədəd iribuynuzlu heyvan ətindən ibarət olacaq. Açıqlanan məlumatdan da göründüyü kimi, Abşeron rayonu ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə təqdim olunacaq heyvan ətinin 1 kiloqramı üçün 20 manat ödəniləcək. Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Premyer Prodakşin” MMC-nin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur. Şirkət 10 aprel 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Mingəçevir şəhəri, Sabir küçəsi, ev 1, mənzil 30-da yerləşir. Qeyd edək ki, “Premyer Prodakşin” MMC-nin hazırda dövlət büdcəsinə 8 min 754 manat 5 qəpik vergi borcu var.
Geri qayıt
|