Əsas Səhifə > Güney Press > Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıbBu gün, 12:12 |
|
Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. "DİA-AZ" DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb. Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib. Araşdırma aparılır. Geri qayıt |