Əsas Səhifə > Güney Press > Hadrutun su təchizatının tikintisinə başlanılır

Hadrutun su təchizatının tikintisinə başlanılır


Bu gün, 17:00

Hadrut qəsəbəsinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Məlumata əsasən, agentliyin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu işləri “Protean Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Bağlanmış müqavilənin maliyyə dəyəri 6 819 159 manat olaraq müəyyən edilib.


Geri qayıt