Əsas Səhifə > Güney Press > İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək

İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək


Bu gün, 05:55

İran parlamentinin sədri ​Məhəmməd-Baqir Qalibaf İranın ABŞ ilə təhdidlər altında danışıqlar aparmayacağını bəyan edib.

Teleqraf xəbər verir ki, IRNA agentliyi onun “Biz təhdid altında danışıqlar aparmayacağıq” sözlərini sitat gətirib.

Qalibaf əlavə edib ki, İran son iki həftə ərzində döyüş meydanında yeni imkanlarını nümayiş etdirməyə hazırlaşır.

Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmayıl Bəqayi də Tehranın ABŞ prezidenti Donald Trump tərəfindən irəli sürülən ultimatumları qəbul etməyəcəyini bildirmişdi.

Eyni zamanda, Tramp İranla əldə olunmuş atəşkəs razılaşmasının uzadılmasının az ehtimal olunduğunu açıqlayıb.


Geri qayıt