Əsas Səhifə > Güney Press > İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur

İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur


Bu gün, 11:32

İranda müharibə Rusiyanı gücləndirir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "United News"a müsahibəsində deyib.

O, İranla müharibənin ABŞ-ı yorduğunu və Avropanın enerji ehtiyatlarını tükəndirdiyini bildirib. Zelenski Rusiyanın ağır iqtisadi vəziyyətdə olduğunu əlavə edib: “100 milyard dollar büdcə kəsri Yaxın Şərqdə qısa bir müharibə ilə doldurula bilməz”.

Ukrayna lideri baş verənlərdə Çinin mövqeyinə də toxunub: “Çin harada dayanacaq? Belə bir vəziyyətdə, sadəcə vasitəçi rolunu oynamaq çox çətindir. Bu hamı üçün ciddi enerji çətinliyidir. İranda müharibə Yaxın Şərqin sərhədlərini aşan daha geniş bir aqressiyaya yol açacaq”, - Zelenski vurğulayıb.

O, həm də müharibənin Ukraynanın havadan hücumundan müdafiə sistemlərinə çıxışını da məhdudlaşdırdığını bildirib.


Geri qayıt