Əsas Səhifə > Güney Press / Ana xəbər > Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı

Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı


Bu gün, 12:16

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə TƏBİB-ə müşavir təyin edilən Zeynal Bayramlı vəzifəsindən azad edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu tutduqları vəzifələrindən azad olunublar.

Hələ ki onların yerinə təyinat yoxdur. TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.


Geri qayıt