Əsas Səhifə > Güney Press / Partiya > "Dinləmirlər, eşitmirlər..."
"Dinləmirlər, eşitmirlər..."Bu gün, 08:22 |
|
"Belə bir yanaşma var ki, ən yaxın yol – tanıdığın yoldur. Deyəsən, bizim hökumət də bu deyimi hərfi mənada başa düşür, iqtisadi problemlərin həlli tanıdıqları -bildikləri yolda görürlər, vergi-rüsum-cərimə artırılması yolunu yaxşı bilirlər deyə, düşünürlər ki, bu addımlar iqtisadiyyatda, büdcədə olan problemləri həll edəcək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əslində, azı bir neçə ildir ki, hökumətin hədəfinin yanlış olduğunu rəqəmlərlə sübut edirdik – deyirdik ki, büdcə gəlirlərinin azalması nəticədir, səbəb iqtisadi daralma və iqtisadi aktivliyin kəskin düşməsidir. İş adamlarına və vətəndaşlara maliyyə yükünü artırmaq sonda büdcəni doldurmayacaq, əks-effektlə iqtisadiyyatı daraldacaq ki, bu da sonda büdcə gəlirlərini daha da azaldacaq.
Dinləmirlər, eşitmirlər, bu ilin yanvar ayından vergi-rüsum-cərimələrin artmasına baxmayaraq, Azərbaycanda ÜDM 0,3% azalıb, iqtisadiyyatımız daralıb. ÜDM göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında, elə dünyada da sonuncu yerlərdən birini tutur..."
Geri qayıt |