Əsas Səhifə > Güney Press / Partiya > "Əli Əsədov dərhal həbs edilməlidir"

"Əli Əsədov dərhal həbs edilməlidir"


Bu gün, 11:21

“Bu faktlar düzdürsə, Əli Əsədov dərhal həbs olunmalıdır. Aydınlaşdırılmalıdır ki, o, bu əmlakı hansı cinayət yolu ilə əldə edib".
Bakupost.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Bax da" yutub kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər bu iddialar yalandırsa, həmin materialı dərc edən jurnalistlər məhkəməyə verilməlidir:
"Amma nə o materialı dərc edənlər barədə hər hansı bir tədbir görülüb, nə də Əli Əsədov haqqında. O material çıxandan sonra Əli Əsədov iqtisadi vəziyyətlə bağlı müşavirə keçirir. Yəni bir məmurun ağır cinayətləri ifşa olunur, amma heç bir dövlət orqanı reaksiya vermir.
Prokurorluq haqqında da qanun var. Mətbuatda çıxan materiallar cinayət təqibi başlamaq üçün əsasdır. Respublika Prokurorluğu Əli Əsədov əleyhinə cinayət işi qaldırıb? O əmlakın hansı yolla əldə olunması barədə araşdırma aparılıb? Yox. Başqa dövlət orqanlarında tədqiqat başlayıb? Niyə başlamayıb? Dövlət orqanlarının vəzifəsi nədən ibarətdir?
Jurnalist bir cinayət faktını ortaya qoyub. Ya böhtan atır, ya da həqiqətən bu, cinayət faktıdır. Bir neçə hökumətə yaxın mətbuat vasitəsi ilə yayılması göstərir ki, bu, elə-belə müxalifətçilikdən ortaya çıxan məsələ deyil. İqtidarın öz daxilində kimlərinsə marağı var ki, Əli Əsədovun korrupsionerliyi ifşa olunsun. Bəs onda hüquq-mühafizə orqanları nəyi gözləyirlər?".

Geri qayıt