Əsas Səhifə > Güney Press > Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olunduBu gün, 14:52 |
|
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib. KONKRET.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib. V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımdır:
Vüqar Oruc çıxışında media nümayəndələrinə təşəkkür edərək AQC-nin fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak etdiklərini və bununla da təşkilatın fəaliyyətində mühüm yer tutduqlarını vurğulayıb. AQC İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Orxan Əli yeni platformanın funksional imkanları barədə geniş təqdimatla çıxış edib. O, portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətini vurğulayaraq yenilikləri diqqətə çatdırıb.
Bölmələr arasında keçidlərin rahatlığı və istifadə üçün asan mexanizmlər saytı daha da rahat edib.
Geri qayıt |